Ərdoğan Kahramanmaraşda inşa edilən "Azərbaycan məhəlləsi" ilə bağlı paylaşım edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən "Azərbaycan məhəlləsi" ilə bağlı paylaşım edib.
Operativ Media xəbər verir ki, Ərdoğanın "X" sosial şəbəkə hesabıbda edilən paylaşımda deyilir:
"Bu gün biz zəlzələ bölgəmizdəki qardaş və bacılarımıza Can Azərbaycanın dəstəyi ilə inşa edilən Azərbaycan məhəlləmizdə olan iqamətgahlar da daxil olmaqla 49.056 iş yeri və yaşayış yeri təhvil veririk.
Beləliklə, təhvil verdiyimiz evlərin ümumi sayını 250 minə çatdırırıq".
Bugün deprem bölgemizde, aralarında Can Azerbaycan’ın desteğiyle hayata geçirilen Azerbaycan Mahallemizdeki konutların da yer aldığı 49 bin 56 iş yeri ve konutu hak sahibi kardeşlerimize teslim ediyoruz. 🇹🇷🇦🇿
— Recep Tayyip Erdoğan (@RTErdogan) June 19, 2025
Böylece teslim ettiğimiz toplam konut sayısını 250 bine yükseltiyoruz. pic.twitter.com/UUhfQs2QLH