Menyu

Qrossi: İsrail hücumlara başlayanda İran nüvə bombası hazırlamırdı

Əziz Əzizli
Qrossi: İsrail hücumlara başlayanda İran nüvə bombası hazırlamırdı

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossinin fikrincə, İsrail hücuma keçəndə İran nüvə bombası hazırlamırdı.

Operativ Media xəbər verir ki, o, bu barədə “La Nacion” qəzetinə verdiyi müsahibədə bildirib.

“Bu məqamda cavab "yox"dur. Amma buna gətirib çıxara biləcək çoxlu elementlər mövcud idi”, – deyə Qrossi, İranın nüvə bombası hazırlayıb-hazırlamadığı sualına cavab olaraq qeyd edib.

Qrossi, həmçinin İranın nüvə bombası yaratmasının nə qədər vaxt aparacağına dair fərziyyələrlə bağlı xəbərdarlıq edib:

“Biz xronoloji məsələlərdə çox ehtiyatlı olmalıyıq. Hamımız İraqa silahlarından istifadə etmək üçün guya 45 dəqiqə lazım olduğu barədə faciəvi bəyanatı xatırlayırıq...”, – deyə MAQATE rəhbəri əlavə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər