Nazirlik media subyektlərinə çağırış edib
Nərmin Qocamanlı
Elm və Təhsil Nazirliyi media media subyektlərinə müraciət edib.
Operativ Media xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
“Dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”.
Qeyd edək ki, ötən gün sosial şəbəkə hesablarında və bəzi media orqanlarında orta məktəblərdə və ali təhsil müəssisələrində rus dilində təhsilin dayandırılması ilə bağlı "rəsmi bildiriş" adı altında xəbərlər yayılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net