Menyu

ABŞ səfirliyi vətəndaşlarını İranı Azərbaycan sərhədləri vasitəsilə tərk etməyə çağırıb

Nərmin Qocamanlı
ABŞ səfirliyi vətəndaşlarını İranı Azərbaycan sərhədləri vasitəsilə tərk etməyə çağırıb

ABŞ səfirliyi yüksək terror riski, iğtişaşlar, qaçırılma və həbs olunma təhlükələri ilə əlaqədar olaraq vətəndaşlarını İrana səfər etməməyə çağırır.

Operativ Media xəbər verir ki, bu barədə səfirliyin yaydığı məlumatda deyilir.

Səfirlik vətəndaşlarını İranı Azərbaycan sərhədləri vasitəsilə tərk etməyə çağırıb:

"ABŞ vətəndaşları xüsusi icazə ilə Astara sərhəd-keçidindən Azərbaycana daxil ola bilərlər. Bu icazə üçün Azərbaycan hökumətinin təsdiqi tələb olunur. ABŞ vətəndaşları icazə üçün ABŞ-ın Bakıdakı Səfirliyinin Vətəndaşlara Xidmət Bölməsi ilə əlaqə saxlamalıdırlar. Şəxsi məlumatlarını (ad, doğum tarixi, pasport məlumatları) və pasportunun biometrik səhifəsinin fotoşəkilini Bakıdakı ABŞ Səfirliyinə [email protected] ünvanına göndərməlidirlər."

Qeyd edilib ki, iyulun 2-dən etibarən İranın hava sahəsi qismən açılıb. Buna baxmayaraq, Tehran və digər şəhərlərdən kommersiya uçuşlarının fəaliyyətində fasilələr ola bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər