Bakıda Mətbuatın 150 illiyinə həsr olunmuş sərgi açılıb - FOTO

Nərmin Qocamanlı
Bakıda Mətbuatın 150 illiyinə həsr olunmuş sərgi açılıb - FOTO

Bakıda Azərbaycan mətbuatının 150 illik yubileyi münasibətilə sərgi təşkil olunub. 

Operativ Media-nın məlumatına görə, tədbirin təşkilatçısı Medianın İnkişafı Agentliyidir.

Sərgidə Azərbaycan mətbuat tarixini əks etdirən müxtəlif eksponatlar nümayiş olunur. Burada "Əkinçi" “Füyuzat”, “Molla Nəsrəddin”, “Ləklək”, "İşıq" kimi tarixi nəşrlərin nadir nümunələri də sərgilənir.

Tədbirin məqsədi milli mətbuatın keçdiyi inkişaf yolunu geniş auditoriyaya təqdim etmək və jurnalistikanın tarixində mühüm rol oynamış nəşrləri yenidən diqqətə çatdırmaqdır.

Sərgidə həmçinin Prezident İlham Əliyevin müxtəlif zamanlarda konfranslarda etdiyi çıxışlardan fotolar da nümayiş etdirilir.

Qeyd edək ki, sərgi Heydər Əliyev Mərkəzində təşkil olunub.

Şəkil Qalereyası

Bakıda Mətbuatın 150 illiyinə həsr olunmuş sərgi açılıb - FOTO - Şəkil 1
Bakıda Mətbuatın 150 illiyinə həsr olunmuş sərgi açılıb - FOTO - Şəkil 2

Digər xəbərlər