BMT-nin Fələstin üzrə konfransı iyulun 28-30-a planlaşdırılıb
Əziz Əzizli
İlkin olaraq iyun ayına planlaşdırılan Yaxın Şərq üzrə yüksək səviyyəli beynəlxalq konfrans iyulun 28-dən 30-dək BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 79-cu sessiyasının sədri Şeron Birçin rəsmi nümayəndəsi məlumat verib.
Tədbir İsrail və İran arasında baş vermiş münaqişə səbəbindən təxirə salınıb. “Konfrans iyulun 28-dən 30-dək keçiriləcək,” – deyə o bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Fransa iyunun 17-dən 20-dək BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinə nail olmaq məqsədiylə qlobal səyləri gücləndirməyə yönəlmiş yüksək səviyyəli konfransa ev sahibliyi etməli idilər. Lakin iyunun 13-də İsrail və İran arasında silahlı münaqişənin başlaması fonunda Fransa prezidenti Emmanuel Makron tədbirin “logistika və təhlükəsizlik problemləri” səbəbindən təxirə salındığını açıqlayıb.
Ümumilikdə, Fələstin Dövlətini BMT-yə üzv olan 148 ölkə tanıyır. Hazırda 95 ölkədə Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir. Rusiyanın hüquqi varisi olan Sovet İttifaqı Fələstin Dövlətini 1988-ci ildə tanımışdır.
Teqlər:
"BMT-nin F\u0259l\u0259stin \u00fczr\u0259 konfrans\u0131 iyulun 28-30-a planla\u015fd\u0131r\u0131l\u0131b"