Menyu

Qəzzada 500 min nəfərə yardım dayandırılır

Nicat Hüseynli
Qəzzada 500 min nəfərə yardım dayandırılır
1 dəq oxu

BMT-nin Dünya Ərzaq Proqramı (WFP) maliyyə çatışmazlığı səbəbindən Qəzzada 500 min nəfərə ərzaq yardımını dayandıracaq.

Operativ Media xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı (WFP) məlumat yayıb.

Məlumata görə, qurum yardım alanların sayını 1,6 milyondan 1,1 milyona endirəcək. Gündəlik isti yemək paylanması da 250 mindən 150 min porsiyaya qədər azaldılacaq.

İşğal altındakı İordan çayının qərb sahilində isə yardım alanların sayı 400 mindən 200 minə endirilib.

Əlaqəli Xəbərlər