41 illik terror bəlasının sona çatması prosesinə start verilib.
Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkə hesabında yazıb.
"Dünən etibarilə 41 illik terror bəlasının sona çatması prosesinə start verilmişdir.
Türkiyə uzun, ağrılı, iztirab və göz yaşları ilə dolu bir səhifəni dünəndən etibarən bağlamağa başlamışdır.
Bu gün yeni bir gündür, bu gün tarixdə yeni bir səhifə açılmışdır.
Bu gün böyük Türkiyənin, güclü Türkiyənin, Türkiyə Əsri dövrünün qapıları sonuna qədər aralanmışdır", - deyə o, paylaşımda qeyd edib.