NATO baş katibi Mark Rutte iyulun 14-15-də ABŞ-da Prezident Donald Trampla danışıqlar aparacaq.
Operativ Media xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətindən məlumat verilib.
“NATO-nun baş katibi Mark Rutte iyulun 14-15-də Vaşinqtona səfər edəcək. O, ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset, eləcə də Konqres üzvləri ilə görüşəcək”, - məlumatda qeyd olunub.
Teqlər:
"NATO ba\u015f katibi Trampla g\u00f6r\u00fc\u015f\u0259c\u0259k"