İsrail Qəzza zolağına hava zərbələri endirib

Əsəd Abbaslı
İsrail Qəzza zolağına hava zərbələri endirib

İsrail Hərbi Hava Qüvvələri sutka ərzində Qəzza zolağının bütün ərazisinə hava zərbələri endirməyə davam edib.

Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə HƏMAS-a aid 150-dən çox hədəf vurulub.

"Zərbələr nəticəsində mina ilə təchiz edilmiş qurğular, silah anbarları, tank əleyhinə və snayper mövqeləri, digər hərbi infrastruktur obyektləri, eləcə də ayrı-ayrı silahlı radikallar məhv edilib.

Sutka ərzində quru qoşun bölmələri də Qəzzanın şimalında yerləşən Beyt-Hanun şəhəri ətrafında aktiv döyüşlər aparıb, burada radikallar və onların hərbi infrastrukturu sıradan çıxarılıb", - məlumatda deyilir.

Ordunun bildirdiyinə görə, döyüşlər həmçinin Qəzza zolağının cənubunda yerləşən Xan-Yunis şəhəri ətrafında da davam edib.

Digər xəbərlər