Menyu

Lavrov çinli həmkarı ilə Pekində Ukrayna böhranını müzakirə edib

Əsəd Abbaslı
Lavrov çinli həmkarı ilə Pekində Ukrayna böhranını müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Vanq İ ABŞ ilə münasibətləri və Ukrayna böhranının həlli perspektivlərini müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Pekində keçirilən danışıqların yekunlarına dair bəyanatında deyilir.

"Tərəflər həmçinin Birləşmiş Ştatlar ilə münasibətləri və Ukrayna böhranının BMT Nizamnaməsinin prinsiplərinə uyğun həlli perspektivlərini müzakirə ediblər", - məlumatda vurğulanıb.

Görüş zamanı digər aktual mövzulara, o cümlədən İran-İsrail münaqişəsi və Koreya yarımadasındakı vəziyyətə toxunulub.

Teqlər:

"Lavrov \u00e7inli h\u0259mkar\u0131 il\u0259 Pekind\u0259 Ukrayna b\u00f6hran\u0131n\u0131 m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər