Menyu

Zelenski: Yeni uzaqmənzilli zərbələr hazırlayırıq

Əsəd Abbaslı
Zelenski:  Yeni uzaqmənzilli zərbələr hazırlayırıq

Ukrayna Silahlı Qüvvələri Rusiyanın dərinliklərinə zərbələr endirəcək.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski hərbiçilərlə müşavirədən sonra öz “Telegram” kanalında bildirib.

“Bölmələrimiz düşməni məhv etməyə və qarşıdurmanı Rusiya ərazisinə keçirmək üçün hər şeyi edəcək. Yeni uzaqmənzilli zərbələr hazırlayırıq”, - Ukrayna Prezidenti yazıb.

O qeyd edib ki, Kiyev Rusiyanın öz hücum əməliyyatlarını inkişaf etdirmək niyyətlərini görür. Bununla yanaşı, Zelenski hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin ukraynalılara zərər vurmaq cəhdlərinin qarşısı Ukrayna Silahlı Qüvvələri sayəsində alınır. Onun sözlərinə görə, Rusiya ordusu “bu yay üçün komandanlığın gözləntilərindən xeyli geri qalıb”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər