Menyu

Qəzzada radikal qruplaşmaların bir neçə səhra komandiri məhv edilib

Əsəd Abbaslı
Qəzzada radikal qruplaşmaların bir neçə səhra komandiri məhv edilib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında HƏMAS və "İslami Cihad" radikal qruplaşmalarının bir neçə səhra komandirini məhv edib.

Operativ Media xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

“Son iki həftə ərzində İsrail ordusu HƏMAS-ın hərbi qanadının və “İslami Cihad” terror təşkilatının bir neçə komandirini məhv edib. Bu bölmələr terror təşkilatlarının hərbi potensialının bərpası üzərində işləyirdilər”, - bəyanatda deyilir.

İsrail tərəfi məhv edilmiş səhra komandirlərinin silah istehsalı qərargahını və HƏMAS-ın hərbi kəşfiyyat bölməsini yenidən yaratmağa çalışdıqlarını iddia edib.

Teqlər:

"Q\u0259zzada radikal qrupla\u015fmalar\u0131n bir ne\u00e7\u0259 s\u0259hra komandiri m\u0259hv edilib"

Əlaqəli Xəbərlər