ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə gəlib.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb.
Yermak öz “Telegram” kanalında yazıb:
“ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqu Ukraynada salamlayırıq”.
O əlavə edib ki, iki ölkə arasında silah təchizatı və əməkdaşlıq da daxil olmaqla, bir sıra mövzuların müzakirəsi planlaşdırılır.
“Söhbət üçün çoxlu mövzular var”, – deyə Yermak vurğulayıb.
Qeyd edək ki, iyulun 11-də Kelloq Romada Ukrayna mətbuatına iyulun 14-də Ukraynaya gələcəyini və səfərinin bir həftə davam edəcəyini bildirmişdi. Xüsusi nümayəndə sonuncu dəfə fevral ayında Kiyevə səfər etmişdi.