"Ankara və İstanbul içməli su təminatında ciddi problemlərlə üzləşəcək, Türkiyə son 52 ilin ən quraq dövrünü yaşayır".
Operativ Media xəbər verir ki, bunu "Posta" qəzeti Muğla Universitetinin İnşaat fakültəsinin Su Resursları kafedrasının müdiri, dosent Ceyhun Özçelikin qiymətləndirmələrinə istinadən yazıb.
O, bildirib ki, Türkiyədə yağıntı mövsümi norma ilə müqayisədə 26 faiz azalıb.