Litva 55 Gürcüstan vətəndaşını arzuolunmaz şəxs elan edib

Əsəd Abbaslı
Litva 55 Gürcüstan vətəndaşını arzuolunmaz şəxs elan edib

Litva arzuolunmaz elan etdiyi Gürcüstan vətəndaşlarının siyahısını genişləndirib.

Operativ Media xəbər verir ki, bu barədə qərarı Litvanın xarici işlər naziri Bayba Braje qəbul edib.

Onun sözlərinə görə, daha 55 Gürcüstan vətəndaşının Litvaya girişi qadağan edilib. XİN başçısı qadağanın qeyri-müəyyən müddətdə qüvvədə qalacağını bildirib.

Qeyd edək ki, bu vaxta qədər Litva 102 Gürcüstan vətəndaşının ölkəyə girişini qadağan edib.

Həmin şəxslərin siyahısında Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşları və hakimlər yer alıb.

Litva, həmçinin bu ilin mayında Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan vətəndaşları üçün vizasız rejimi dayandırıb.

Digər xəbərlər