Menyu

Zelenski piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasını dayandırıb

Əziz Əzizli
Zelenski piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasını dayandırıb

Vladimir Zelenski Ukrayna üçün piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasının qüvvəsini dayandıran qanunu imzalayıb.

Operativ Media xəbər verir ki, o, bu haqda Teleqram kanalında yazıb.

"Mən dərhal Ukrayna üçün piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasının qüvvəsinin dayandırılması ilə bağlı Ali Radadan təqdim olunan sənədi imzaladım", – deyə o, qeyd edib.

İyulun 15-də Ali Rada Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi, eləcə də onların məhv edilməsi haqqında Konvensiyanın Ukrayna üçün dayandırılması haqqında qanun layihəsini təsdiqləyib. Sənəd iyulun 11-də ölkə hökuməti tərəfindən Prezident Zelenskinin sərəncamına əsasən parlamentə təqdim olunub.

Qeyd edək ki, Zelenski iyunun 29-da Nazirlər Kabinetinə Ukraynanın Konvensiyadan çıxması üçün müəyyən edilmiş prosedura uyğun şəkildə zəruri tədbirlərin dərhal görülməsini tapşırmışdı.

Ukrayna bu Konvensiyanı 1999-cu ildə imzalayıb, 2005-ci ildə isə ratifikasiya edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Kiyev Konvensiyanın müddəalarına əməl etməyib və ondan çıxmaq qərarını rəsmən bəyan etməzdən əvvəl belə, piyada əleyhinə minalardan mülki əhaliyə qarşı istifadə edib.

Teqlər:

"Zelenski piyada \u0259leyhin\u0259 minalar haqq\u0131nda Ottava Konvensiyas\u0131n\u0131 dayand\u0131r\u0131b"

Əlaqəli Xəbərlər