Tramp Şotlandiyada Starmerlə görüşəcək

Əziz Əzizli
Tramp Şotlandiyada Starmerlə görüşəcək

ABŞ Prezidenti Donald Tramp Şotlandiyada Böyük Britaniyanın Baş naziri Key Starmerlə görüşmək niyyətində olduğunu bildirib.

Operativ Media xəbər verir ki, Ağ Evin cənub çəmənliyində jurnalistlərin suallarını cavablandıran Tramp, qarşıdan gələn Şotlandiya səfəri ilə bağlı xəbərləri şərh edərkən, “Biz Britaniyanın Baş naziri ilə görüşəcəyik”, – deyə bildirib.

Prezidentin sözlərinə görə, görüşdə ABŞ və Böyük Britaniya arasında ticarət məsələlərinin müzakirə olunacağına ümid edir.

Amerika lideri əlavə edib ki, görüş onun qolf klubunun yerləşdiyi Aberdində keçiriləcək. Tramp Şotlandiyaya nə vaxt səfər edəcəyini dəqiqləşdirməyib. BBC daha əvvəl səfərin iyulun ikinci yarısında baş tutacağını xəbər vermişdi.

Digər xəbərlər