Batumidə radioaktiv uranın qanunsuz satışı və alışı faktı üzrə iki nəfər saxlanılıb.
Operativ Media xəbər verir ki, bu haqda Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Onlardan biri Gürcüstan vətəndaşı, digəri isə xarici ölkə vətəndaşıdır. Lakin onun vətəndaşlığı açıqlanmır. Məlumata görə, sövdələşmə 3 milyon ABŞ dolları məbləğində planlaşdırılıb.
Qurum qeyd edir ki, uranın müxtəlif partlayıcı qurğuların hazırlanması və terror aktlarının törədilməsi üçün yararlı olması səbəbilə beynəlxalq cinayətin qarşısı alınıb.
Saxlanılan şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.