Menyu

Fransa hərbi kontingentinin Seneqaldan çıxarılmasını başa çatdırıb

Şəfa Hüseynli
Fransa hərbi kontingentinin Seneqaldan çıxarılmasını başa çatdırıb

Fransa Seneqaldakı son iki hərbi bazanı yerli hakimiyyətə təhvil verərək ölkədən öz hərbi kontingentinin çıxarılmasını tam başa çatdırıb.

Operativ Media-nın “Al Arabia”ya istinadən verdiyi məlumata görə, bu, Fransanın Qərbi və Mərkəzi Afrikada hərbi mövcudluğunun dayandırılmasının son mərhələsi olub.

Fransanın və Seneqalın yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilən rəsmi mərasimdə Paris ölkədəki ən böyük hərbi baza olan Kemp-Qeyli və Dakar beynəlxalq hava limanında yerləşən hərbi aerodromu geri qaytarıb.

Daha əvvəl Seneqal ordusu ilə birgə əməliyyatlar keçirən təxminən 350 fransız hərbçisi Seneqal ərazisini tərk edir. Bu, bu ilin mart ayında başlayan üç aylıq qoşunların çıxarılması prosesinin başa çatmasıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər