Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundunu İstanbulda keçirməyə hazırdır.
Operativ Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya nümayəndələri Kiyevin razılaşmanı pozmayacağına ümid edir.
"Biz danışıqların üçüncü raundu üçün İstanbula gəlməyə hazırıq. Biz gözləyirik ki, Kiyev danışıqlar prosesini davam etdirəcək".
O vurğulayıb ki, Kiyevin danışıqlara hazır olması barədə hələlik məlumat yoxdur.
"Danışıqlar Ukraynanın əlindədir. Kiyev ya növbəti raunddan yayınır, ya da hələ buna hazır deyil", - Zaxarova bildirib.