Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.
Operativ Media-nın məlumatına görə, Ş.Şıxlinski bir gün əvvəl həbs edilmiş oğlu kimi dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur.
İlkin məlumata görə, onun Moskvada olduğu ehtimal edilir.
"Onun Azərbaycanın Moskvadakı səfirliyinin binasında yerləşən mənzildə gizləndiyi güman edilir. Bu gün onun Yekaterinburqdakı mənzilində axtarışlar aparılıb”, - mənbələrdən birində qeyd edilib.
Şahin Şıxlınskinin də bir gün əvvəl istintaq təcridxanasına göndərilmiş oğlu kimi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə şübhəli bilinəcəyi ehtimal edilir.