Ukraynanın həyat keyfiyyətinə görə ən yaxşı şəhəri açıqlanıb
Əsəd Abbaslı
Numbeo beynəlxalq xidmətinin hesabatına görə, Lvov Ukraynada ən yüksək həyat keyfiyyətinə malik şəhər kimi tanınıb.
Operativ Media xəbər verir ki, rahatlıq indeksi (136,6 bal) təhlükəsizlik, ekologiya, tibb, nəqliyyat və yaşayış minimumunun qiymətləndirilməsi əsasında hesablanır.
Ölkənin 5 ən böyük şəhəri arasında ən pis nəticəni Dnepr göstərib.