ABŞ Prezidenti Donald Tramp ayaqlarında “yüngül ödem” və qollarından birində qançırlar səbəbindən tibbi müayinədən keçib.
Operativ Media xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt ənənəvi brifinq zamanı bildirib.
O, Trampın həkiminin müayinəni ətraflı təsvir edən qeydini paylaşıb.
Bildirilib ki, Tramp ultrasəs müayinəsindən (USM) və damarları əhatə edən "kompleks müayinə"dən keçib.
Müayinə 79 yaşlı dövlət başçısında xroniki venoz çatışmazlığı olduğunu müəyyən edib.
Klivlend klinikasının məlumatına görə, bu vəziyyət insanın ayaqlarındakı venaların qanı ürəyə geri vurmaqda çətinlik çəkdiyi zaman yaranır, bu da qanın toplanmasına səbəb olur.