Ana səhifə / Dünya / Tramp Netanyahuya zəng edib Tramp Netanyahuya zəng edib 17.07.2025, 23:00 Əsəd Abbaslı ABŞ prezidenti Donald Tramp Qəzza zolağında kilsəyə hücumla bağlı İsrailin baş naziri Binyamin Netanyahuya zəng edib. Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt brifinqdə bildirib. Onun sözlərinə görə, baş nazir bunun səhvən baş verdiyini vurğulayıb. "Prezidentin bu hadisəyə reaksiyası heç də müsbət olmayıb", - o bildirib. Qeyd edək ki, bu gün İsrailin Qəzzadakı yeganə katolik kilsəsinə zərbəsi üç nəfərin ölümünə səbəb olub. Teqlər: "Tramp Netanyahuya z\u0259ng edib"