ABŞ-nin prezidenti Donald Trampın Braziliyanın keçmiş lideri (2019–2022) Jair Bolsonaronun məhkəmə prosesinin dayandırılması ilə bağlı çağırışları Cənubi Amerika respublikasının suverenliyinə hücumdur.
Operativ Media xəbər verir ki, bu fikri Braziliya prezidenti Luiz İnasiu Lula da Silva xalqa müraciətində səsləndirib.
“Braziliyanın məhkəmə sisteminə təsir göstərmək cəhdləri milli suverenliyə ciddi hücumdur”, – deyə Lula bildirib.
Dövlət başçısının sözlərinə görə, o, ölkəyə qarşı edilən bu hücumun bir çox braziliyalı siyasətçi tərəfindən dəstəklənməsindən dərin narahatlıq keçirir:
“Onlar əsl vətən xainləridir”, – deyə Lula vurğulayıb.
Qeyd edək ki, Tramp daha əvvəl Braziliya hökumətini hazırkı liderin 2022-ci ildə hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədilə çevriliş cəhdinə görə araşdırılan Bolsonaroya qarşı atılan addımlara görə tənqid etmişdi. Ardınca isə ABŞ-nin prezidenti Braziliyanın sabiq liderinə qarşı məhkəmə işinin dayandırılmasını tələb etmişdi.