İyulun 17-də İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində azı 56 nəfər həlak olub.
Operativ Media-nın məlumatına görə, bu haqda Qətərin “Əl-Cəzirə” telekanalı Qəzza Səhiyyə Nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, anklavın şimal hissəsində 40-dan çox fələstinli mülki şəxs, o cümlədən humanitar yardım paylama məntəqələrində ərzaq almaq üçün növbə gözləyən 14 nəfər həyatını itirib. İşğalçı qüvvələrin köçkünlər üçün çadırların yerləşdiyi məktəb ərazisini atəşə tutması nəticəsində sektorun cənub hissəsində də 9 mülki şəxsin həlak olduğu bildirilir.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrailin Fələstin anklavına qarşı apardığı müharibə nəticəsində indiyədək 58 667 nəfər ölüb, 139 974 nəfər isə yaralanıb.