Bakıda İxracın Maliyyələşdirilməsi üzrə Yüksək Səviyyəli Alman-Azərbaycan Konfransı keçiriləcək
Şəfa Hüseynli
Oktyabrın 7-8-də Bakıda İxracın Maliyyələşdirilməsi üzrə Yüksək Səviyyəli Alman-Azərbaycan Konfransı keçiriləcək.
Operativ Media xəbər verir ki bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK-Azərbaycan) məlumat verib.
Alman İqtisadiyyatının Şərq Komitəsi, COMMIT Project Partners GmbH və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə keçiriləcək konfransın məqsədi səmərəli ikitərəfli əməkdaşlığı təşviq etməkdir.
Konfransda enerji və yaşıl texnologiyalar, suyun səmərəli idarə edilməsi, qida sənayesi və kənd təsərrüfatı, rəqəmsallaşma sahələri üzrə müzakirələr aparılacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma