Menyu

DİN BNMİ Pirallahıda əməliyyat keçirdi - 42 kq narkotik vasitə aşkar olundu

Şəfa Hüseynli
DİN BNMİ Pirallahıda əməliyyat keçirdi - 42 kq narkotik vasitə aşkar olundu

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat verib. 

Pirallahı rayonunda keçirilən növbəti əməliyyat zamanı  1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 yaşlı Maqsud Cəfərov saxlanılıb. Ondan 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
 

Maqsud Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Pirallahı rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər:

"D\u0130N BNM\u0130 Pirallah\u0131da \u0259m\u0259liyyat ke\u00e7irdi - 42 kq narkotik vasit\u0259 a\u015fkar olundu"

Əlaqəli Xəbərlər