Trampın İlham Əliyevlə bağlı paylaşımı təkcə dostluq jesti deyildi.
Operativ Media xəbər verir ki, bu barədə Jerusalem Postunda paylaşım edilib.
Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Trampın Prezident İlham Əliyevə yönəlik paylaşımı Azərbaycanın ABŞ və İsraillə strateji tərəfdaşlığının artıq onun diqqət mərkəzində olduğunu nümayiş etdirir.
Məqalədə bildirilir ki, Azərbaycan İsrail və Türkiyə ilə münasibətləri balanslı şəkildə saxlayaraq, bu iki ölkə arasında gərginliyin azaldılması üçün vasitəçi rolunu yerinə yetirib.
Həmçinin qeyd olunur ki, Simon Vizental Mərkəzinin təsisçisi Ravvin Marvin Hier Trampa müraciət edərək, Azərbaycanı – yəhudi xalqına həm sözlə, həm də əməli şəkildə dostluq göstərən ölkəni – İbrahim Sazişlərinə şərtsiz daxil etməyə çağırıb.