Menyu

Ukrayna ilk dəfə Azərbaycan qazının Transbalkan marşrutu ilə idxalına başlayıb

Redaksiya
Ukrayna ilk dəfə Azərbaycan qazının Transbalkan marşrutu ilə idxalına başlayıb

Ukraynanın "Naftogaz" Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqaviləni imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə   "Naftogaz"ın mətbuat xidməti məlumat verib.

Bildirilib ki, ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.

"Bu, həcm baxımından kiçik, lakin strateji cəhətdən mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Bu saziş, həmçinin tədarük mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir", - "Naftogaz"ın baş direktoru Sergey Koretski sövdələşməni belə şərh edib.

"Göstərdikləri etimada görə Azərbaycandan olan həmkarlarımıza təşəkkür edirik", - o əlavə edib.

Teqlər:

"Ukrayna ilk d\u0259f\u0259 Az\u0259rbaycan qaz\u0131n\u0131n Transbalkan mar\u015frutu il\u0259 idxal\u0131na ba\u015flay\u0131b"

Əlaqəli Xəbərlər