Novxanı qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
Şəfa Hüseynli
Bu gün Abşeron rayonunun Novxanı qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Operativ Media-ya “Azərişıq” ASC-yə istinadən xəbər verir.
Bildirilib ki, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 8-də 35 kV-luq hava xəttində təmir və gücləndirmə işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 12:00-dan 14:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net