U-17 dünya çempionatı: Orxan Həbibli yarımfinal mərhələsinə vəsiqə qazandı - YENİLƏNİB
Operativ Media
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibov (55 kq) Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinal mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, 1/4 final mərhələsində özbəkistanlı Sardor Mahmudova tam üstünlüklə (9:0) qalib gəlib.
***
13:31
Bakıda güləş üzrə U-17 dünya çempionatı start götürüb.
Operativ Media xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli 55 kq çəki dərəcəsində 1/8 final görüşünə çıxıb. O, rumıniyalı Qabriel Lunquya tam üstünlüklə qalib gələrək (18:9) 1/4 finala yüksəlib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net