Menyu

"Roma" argentinalı hücumçu Santyaqo Kastronun transferini həyata keçirib

Operativ Media
"Roma" argentinalı hücumçu Santyaqo Kastronun transferini həyata keçirib
1 dəq oxu

İtaliyanın "Roma" futbol klubu "Bolonya"nın hücumçusu Santyaqo Kastronu heyətinə cəlb etmək üçün razılıq əldə edib.

​Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb 

Mənbənin bildirdiyinə görə, argentinalı hücumçu paytaxt təmsilçisinə 35 milyon avroya başa gələcək. Müqavilədə, həmçinin 2 milyon avro bonus və futbolçunun növbəti satışından pay ayrılması barədə bənd yer alıb.

​İddia olunub ki, 20 yaşlı hücumçu tezliklə tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün Romaya yola düşəcək. Bu transfer "Roma"nın baş məşqçisi Can Pyero Qasperininin yay pəncərəsindəki ilk həmləsidir.

​Eyni zamanda, paralel olaraq "Bolonya" klubunun Artem Dovbiki icarəyə götürmək üzrə danışıqları yekunlaşdırmaqda olduğu bildirilir.

Əlaqəli Xəbərlər