Menyu

Azərbaycanın səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi sahəsində təcrübəsi beynəlxalq mükafata layiq görülüb

Operativ Media
Azərbaycanın səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi sahəsində təcrübəsi beynəlxalq mükafata layiq görülüb

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun təşkil etdiyi Səhiyyə Xidmətlərinin Keyfiyyəti və Pasiyent Təhlükəsizliyi üzrə Regional Məktəbdə Azərbaycan nümayəndə heyəti ölkəmizdə bu istiqamətdə həyata keçirilən islahatları və əldə olunan nəticələri əks etdirən poster təqdim edib.

Operativ Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, posterdə Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, tibb müəssisələrinin akkreditasiyası sisteminin təkmilləşdirilməsi və pasiyent təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Tədbir çərçivəsində müxtəlif ölkələrdən olan mütəxəssislər səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin təmin edilməsi və qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və paylaşılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi poster *“Səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə sistemin gücləndirilməsi sahəsində ən yaxşı poster”* nominasiyasında mükafata layiq görülüb.

Bu uğur Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin idarə olunması, tibb müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və pasiyent təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi ilə Tacikistanın Tibbi Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb. Memorandum iki qurum arasında təcrübə mübadiləsinin və institusional əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi publik hüquqi şəxsin İdarə Heyətinin sədri Orxan Şükürov 2026-cı ilin may ayında Azərbaycan Respublikasının səhiyyə nazirinin müvafiq əmri ilə bu vəzifəyə təyin edilib. O, təyinatadək Mərkəzin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Orxan Şükürov, həmçinin birinci “Yüksəliş” müsabiqəsinin finalçısıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər