Menyu

Sumqayıt Sənaye Parkında yeni rezident

Operativ Media
Sumqayıt Sənaye Parkında yeni rezident

Sumqayıt Sənaye Parkının yeni rezidenti tərəfindən qida məhsullarının çeşidləndirilməsi və qablaşdırılması layihəsi həyata keçiriləcək. 

Operativ Media xəbər verir ki, “FT Uerxauzinq Kompani” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. 

 İnvestisiya dəyəri 18,5 milyon manat olan qida məhsullarının çeşidləndirilməsi və qablaşdırılması layihəsi çərçivəsində 100 yeni iş yerinin yaradılması planlaşdırılır. 

Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,8 milyard manat olan 42 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən park ərazisinə 5,7 milyard manatdan çox investisiya yatırılıb və nəticədə 6000-dən artıq daimi iş yeri yaradılıb.

Agentliyin idarə etdiyi sənaye zonalarında sahibkarlar üçün rəqabətqabiliyyətli və cəlbedici investisiya mühiti formalaşdırılıb. Rezidentlər yüksək səviyyəli infrastruktur, geniş biznes imkanları və əlverişli şəraitlə təmin olunur. Bununla yanaşı, investorların fəaliyyətinin təşviqi məqsədilə vergi və gömrük sahələrində əhəmiyyətli güzəştlər tətbiq edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər