Menyu

"Zirə" - "Payde" matçının baş hakimi dəyişdirildi

Operativ Media
"Zirə" - "Payde" matçının baş hakimi dəyişdirildi

“Zirə”nin UEFA Konfrans Liqasında “Payde” (Estoniya) ilə keçirəcəyi 2-ci təsnifat mərhələsinin cavab matçının baş hakimi dəyişdirilib.

Operativ Media xəbər verir ki, oyunu xorvatiyalı Dario Bel yox, onun həmyerlisi Patrik Kolariç idarə edəcək.

Kolariçə İvan Yaniç və Dino Knez yan xətt hakimləri, Patrik Pavleşiç isə dördüncü hakim kimi yardımçı olacaq.

Baş hakim dəyişikliyinin səbəbi isə Belin martın 21-də Xorvatiya çempionatının “Vukovar” – “Hayduk” matçında aldığı ciddi zədədir. 38 yaşlı hakim həmin matçda axill vətərini qırıb və mövsümün sonunadək sıradan çıxıb.

İyulun 30-da Sumqayıtda keçiriləcək “Zirə” – “Payde” matçı saat 20:00-da başlayacaq. İlk görüşdə estonlar qalib gəlib – 1:0.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər