Menyu

Tramp: Netanyahu ilə bir-birimizə çox yaxınıq

Operativ Media
Tramp: Netanyahu ilə bir-birimizə çox yaxınıq
ABŞ Prezidenti Donald Tramp İsrailin təhlükəsizliyinin böyük ölçüdə Vaşinqtonun dəstəyindən asılı olduğunu bildirib.

Operativ Media xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ İranın nüvə obyektlərinə qarşı əməliyyat keçirməsəydi, İsrail ciddi təhlükə ilə üz-üzə qalardı.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton bir çox ölkəyə həyati əhəmiyyət daşıyan dəstək göstərir və İsrail də bu ölkələrdən biridir.

Tramp Benyamin Netanyahu ilə İran məsələsində müəyyən fikir ayrılıqlarının olduğunu bildirib: "Bizim bəzi kiçik fərqli baxışlarımız var, amma ümumilikdə biz bir-birimizə çox yaxınıq".

Tramp həmçinin keçmiş prezident Barak Obamanın İranla nüvə sazişini tənqid edərək, həmin razılaşmanın ləğv edilməsinin düzgün qərar olduğunu vurğulayıb.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər