Menyu

Gürcüstanla İran arasında ticarət dövriyyəsi 231 milyon dolları ötüb

Əsəd Abbaslı
 Gürcüstanla İran arasında ticarət dövriyyəsi 231 milyon dolları ötüb

2026-cı ilin yanvar–iyun aylarında Gürcüstan və İran arasında ticarət dövriyyəsi 231 milyon ABŞ dollarını keçib.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti ("Sakstat") məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövründə qeydə alınan 139 milyon dollarla müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Artım əsasən ixracın yüksəlməsi hesabına baş verib. Belə ki, bu ilin ilk altı ayında Gürcüstanın İrana ixracı 106 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 14,6 milyon dollar idi.

İrandan Gürcüstana idxal isə demək olar ki, dəyişməyib. Bu il idxalın həcmi 124,5 milyon dollar, ötən ilin müvafiq dövründə isə 124,4 milyon dollar olub.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər