Menyu

Tramp: Vaşinqtonun İranla sülh sazişi bağlamaq şansı var

Operativ Media
Tramp: Vaşinqtonun İranla sülh sazişi bağlamaq şansı var

ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyatın xərclərinin gələcəkdə dəfələrlə geri ödənəcəyini iddia edib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə Miçiqan ştatına səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ lideri bildirib ki, Venesuela ilə bağlı atılan addımların iqtisadi baxımdan özünü doğrultduğunu və İranla bağlı da oxşar nəticənin əldə olunacağını düşünür. Onun sözlərinə görə, ABŞ hazırda Venesueladan milyardlarla dollar gəlir əldə edir.

Tramp həmçinin İranla sülh sazişinin imzalanması ehtimalının olduğunu bildirib. O qeyd edib ki, tərəflər görüşmək niyyətindədir və danışıqların nəticəsi hələlik açıq qalır.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Pit Heqset daha əvvəl Vaşinqtonun İrana qarşı hərbi əməliyyat üçün çəkdiyi xərclərin təxminən 37,5 milyard dollar təşkil etdiyini açıqlamışdı.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər