Menyu

Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib

Operativ Media
Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib

Paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm və Bülbül küçələrinin kəsişməsində yol-nəqliyyat qəzası baş verib.

Operativ Media xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “Ford” və “Changan” markalı avtomobillərin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Changan” markalı minik avtomobilinin sürücüsünün müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaş, 1982-ci il təvəllüdlü Məmmədov Ramil Məmməd oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər