Menyu

Londonda festivalda izdiham yaşanıb

Operativ Media
Londonda festivalda izdiham yaşanıb

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Qana mədəniyyəti festivalında yaranan izdiham nəticəsində 20-dən çox nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Operativ Media xəbər verir ki, bu barədə BBC London polisinə istinadən məlumat yayıb.

Hadisə avqustun 1-i axşam saatlarında şəhərin şimalındakı Barnet rayonunda təşkil olunan "Ghana Party in the Park" festivalında baş verib.

Məlumata görə, açıq havada keçirilən tədbirin giriş hissəsində yanğın baş verdiyi üçün əraziyə giriş müvəqqəti məhdudlaşdırılıb. 

Qapılar yenidən açıldıqdan sonra insanların kütləvi şəkildə içəri daxil olmağa çalışması izdihama səbəb olub.

Nəticədə 20-dən çox şəxs xəsarət alıb. Onlardan üçü xəstəxanaya çatdırılıb və həkimlər onların həyatına təhlükə olmadığını bildiriblər.

Təhlükəsizlik səbəbindən festival vaxtından əvvəl dayandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər