Menyu

ABŞ-nin müdafiə naziri sursat ehtiyatlarının tükənməsi ilə bağlı məlumatları təkzib edib

Operativ Media
ABŞ-nin müdafiə naziri sursat ehtiyatlarının tükənməsi ilə bağlı məlumatları təkzib edib

ABŞ-nin müdafiə naziri Pit Haqset ölkə silahsız qüvvələrinin mühüm döyüş sursatı ehtiyatlarının təhlükəli həddə çatması barədə yayılan xəbərləri rədd edib.

​Operativ Media xəbər verir ki, P.Haqset avqustun 4-də "X" sosial şəbəkəsində CNN telekanalının iddiasına münasibət bildirərək sözügedən xəbərin həqiqəti əks etdirmədiyini bəyan edib.

​Bundan əvvəl CNN mənbələrə istinadən Pentaqonun sursat anbarlarının boşaldığını və hərbi komandanlığın bundan ciddi narahatlıq keçirdiyini iddia etmişdi. Məlumata görə, Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin azalmasına əsas səbəb İranla gedən hərbi əməliyyatlardır. İddia olunur ki, Vaşinqton mühitdən əvvəlki dövrlə müqayisədə "THAAD" raket-tutucularının təxminən 80 faizini, "Patriot" raketlərinin isə yarısını artıq sərf edib.

​Ötən ayın sonlarında "Associated Press" agentliyi də oxşar məlumat yayaraq bildirmişdi ki, ABŞ Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn prezident Donald Trampa raket ehtiyatlarının azlığının Tehrana qarşı gərginliyi artırmağa imkan vermədiyini çatdırıb. D.Tramp isə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa olunmamasında raket və sursat qıtlığının rol oynaması haqqında iddiaları təkzib edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər