Menyu

ABŞ, İran və Oman Hörmüz boğazı ilə bağlı razılaşma elan edə bilər

Operativ Media
ABŞ, İran və Oman Hörmüz boğazı ilə bağlı razılaşma elan edə bilər

Vaşinqton avqustun 5-də Hörmüz boğazında gəmilərin hərəkətinin bərpası ilə bağlı İran və Omanla əldə olunan müvəqqəti razılaşmanı açıqlamağa hazırlaşır.

​Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

​Bildirilib ki, tərəflər arasında razılaşdırılan müqavilə 60 gün müddəti əhatə edir. Sənədə əsasən, gəmilərin Fars körfəzinə doğru hərəkəti İranın ərazi sularından, əks istiqamətdə gediş isə Tehranla koordinasiya olunmaqla Oman sularından həyata keçirilməlidir. Tranzit keçid üçün hər hansı rüsum və ya ödənişin alınması nəzərdə tutulmur.

​Məlumata görə, müqavilənin müddətinin 60 gündən çox uzadılması imkanı da mövcuddur. İddia olunur ki, İran rəhbərliyi çərşənbə axşamı sənədin razılaşdırılması prosesini yekunlaşdırıb. Amerikalı rəsmilər qeyd ediblər ki, saziş baş tutmayacağı təqdirdə ABŞ İslam Respublikasının ərazisinə genişmiqyaslı zərbələr endirmək variantını nəzərdən keçirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər