Menyu

PSJ Qazaxıstanda akademiya açıb

Operativ Media
PSJ Qazaxıstanda akademiya açıb

Fransanın PSJ klubu Qazaxıstanın paytaxtı Astanada öz rəsmi futbol akademiyasını istifadəyə verəcəyini bəyan edib.

​Operativ Media xəbər verir ki, bu barədə məlumat Paris təmsilçisinin rəsmi internet səhifəsində yer alıb.

​Sentyabr ayından fəaliyyətə başlayacaq idman məktəbinə 300-dək oğlan və qız futbolçunun qəbulu nəzərdə tutulub. Bununla da Qazaxıstan "PSG Academy"nin qlobal şəbəkəsinə qoşulan 24-cü ölkə olub.

​Klubun biznesin diversifikasiyası, merçandayzinq və marketinq direktoru Nadya Benmohtar bildirib ki, Astanadakı yeni mərkəzin açılışı komandanın təcrübə və dəyərlərini Fransadan kənarda yaymaq məqsədi daşıyır. Onun sözlərinə görə, bu addım minlərlə gənc idmançının PSJ standartlarına uyğun hazırlaşmasına və böyük klub ailəsinin tərkib hissəsinə çevrilməsinə şərait yaradacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər