Yaponiyada 5,1 bal gücündə zəlzələ qeydə alınıb
Operativ Media
Yaponiyanın cənub-qərbində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinə (JMA) istinadən məlumat yayılıb.
Bildirilib ki, yeraltı təkanların episentri Kyusyu adasında yerləşən Kumamoto prefekturası ərazisində olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib və təkanların maksimal intensivliyi 4 bal təşkil edib.
Tsunami təhlükəsi elan olunmayıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net