Tramp öz vəkilini Ağ Evin hüquq müşaviri təyin edir
ABŞ Prezidenti Donald Tramp daha əvvəl məhkəmədə onun maraqlarını müdafiə edən hüquqşünas Uill Şarfı prezidentin köməkçisi və Ağ Evin hüquq müşaviri təyin edəcək.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ lideri Truth Social sosial şəbəkəsində məlumat verib.
Şarf sentyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq. O, özəl sektora keçəcək Devid Uorrinqtonu əvəz edəcək.
Tramp hazırda Ağ Ev əməkdaşlarının aparatında məsul katib vəzifəsini tutan Şarfı yaxşı tanıdığını bildirib. Onun sözlərinə görə, hüquqşünas daha əvvəl Ali Məhkəmə də daxil olmaqla bir çox məhkəmə işində onun maraqlarını təmsil edib.
Ağ Evin hüquq müşaviri prezidentə və administrasiyasına qanun layihələrinin imzalanması, əfv qərarları və mümkün maraqlar toqquşmaları da daxil olmaqla hüquqi məsələlər üzrə məsləhətlər verir.