Toral Bayramov oynadı, "Bursaspor" qələbə qazandı
Operativ Media
Azərbaycan millisinin üzvü Toral Bayramovun da formasını geyindiyi “Bursaspor" Türkiyə 1-ci liqasında yeni mövsümün ilk oyununa çıxıb.
Operativ Media xəbər verir ki, Bursa təmsilçisi səfərdə "Bodrumspor"la qarşılaşıb.
Oyun "Bursaspor"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Toral matçın 46-cı dəqiqəsində - komandası 2:0 öndə olarkən meydana daxil olub.
Bu, Toralın "Bursaspor"da ilk rəsmi oyunu olub.
Xatırladaq ki, Toral Bayramov bu ilin iyun ayında "Qarabağ"dan "Bursaspor"a keçib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net