Menyu

Fransada suya məhdudiyyətlər tətbiq edilib

Operativ Media
Fransada suya məhdudiyyətlər tətbiq edilib

Quraqlıq səbəbindən Fransanın ərazisinin təxminən 70%-də su istifadəsinə məhdudiyyətlər tətbiq olunub.

Operativ Media xəbər verir ki, bu barədə Fransanın Ekoloji Keçid Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, ölkədə xüsusilə şiddətli quraqlıq müşahidə olunur və iqlim dəyişiklikləri su ehtiyatlarına təzyiqi artırır.

Hazırda 67 departamentdə su çatışmazlığı ilə əlaqədar ən yüksək böhran səviyyəsi elan edilib, daha 21 departamentdə isə yüksək səviyyəli həyəcan siqnalı tətbiq olunur.

Qeyd edilir ki, böhran rejimində sudan yalnız səhiyyə, mülki təhlükəsizlik, içməli su və sanitariya məqsədləri üçün istifadəyə icazə verilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər