Qırğızıstan Prezidenti ikinci müddətə namizədliyini irəli sürəcək
Nicat Hüseynli
Sadır Japarov 2027-ci ildə keçiriləcək prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti jurnalist Ali Toktakunova müsahibəsində danışıb.
O bildirib ki, prezident seçkilərində iştirak etmək istəyən hər kəs namizədliyini irəli sürə bilər və digər namizədlər üçün heç bir məhdudiyyət yaradılmayacaq.
“Daha bir müddətə namizədliyimi irəli sürmək və fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Seçkilərdə iştirak etmək istəyən hər kəs namizədliyini irəli sürə bilər. Heç kimi məhdudlaşdırmayacağıq”, – deyə dövlət başçısı qeyd edib.
Qırğızıstanda növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsi planlaşdırılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net